logo
logo logo
logo

"Fənərbaxça" Lukaku ilə razılığa gəldi

00:30 - 09 Avqust 2026

\"Fənərbaxça\" Lukaku ilə razılığa gəldi

"Fənərbaxça" "Napoli"nin hücumçusu Romelu Lukakunun transferi üçün danışıqları davam etdirir.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, İstanbul klubu belçikalı futbolçunun nümayəndəsi ilə şifahi razılığa gəlib. Növbəti mərhələdə "Fənərbaxça"nın "Napoli" ilə transfer məbləğini razılaşdırması gözlənilir. "Fənərbaxça" 6-7 milyon avro ödəməyi nəzərdə tutsa da, İtaliya klubu 33 yaşlı hücumçu üçün 12 milyon avro tələb edir. 

Qeyd olunur ki, Lukakunun satışından əldə olunacaq məbləğin 40 faizi "Çelsi"yə ödənilməlidir.

Xatırladaq ki, Lukaku son iki mövsümdə "Napoli"nin formasını geyinib. Bu müddətdə 45 oyunda 15 qol vurub və 11 məhsuldar ötürmə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az