"Fənərbağça" növbəti transferini reallaşdırıb.
Manset.az xəbər verir ki, İstanbul təmsilçisi Romelu Lukakunu heyətinə qatıb. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Onun dediyinə inansaq, Türkiyə klubu bu keçid üçün "Napoli"yə 6 milyon avro ödəyib.
Qeyd edək ki, Lukaku ötən mövsüm Seria A-da 5 oyuna çıxıb, 1 qol vurub.