logo
logo logo
logo

"Sabah" "Kəpəz"i məğlub etdi

23:17 - 15 Avqust 2026

\"Sabah\" \"Kəpəz\"i məğlub etdi

Misli Premyer Liqasında I turun daha bir oyunu keçirilib.


Manset.az xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.

"Bank Respublika Arena"da gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Paytaxt təmsilçisinin heyətində Coy-Lens Mikels 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə Xander Severina adını tabloya yazdırıb.

"Araz-Naxçıvan" və "İmişli" komandaları arasında keçirilmiş günün birinci görüşündə hesab açılmayıb.

Xatırladaq ki, turun açılış oyununda "Turan Tovuz" "Qəbələ"ni məğlub edib - 1:0. İlk turun digər matçları avqustun 16-17-si keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az