logo
logo logo
logo

Çempionlar Liqasında pley-off həyəcanı başlayır - "Fənərbağça" "Lion"a qarşı

09:11 - 18 Avqust 2026

Çempionlar Liqasında pley-off həyəcanı başlayır - \"Fənərbağça\" \"Lion\"a qarşı

UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün pley-off həyəcanına start verilir.


Manset.az xəbər verir ki, turnirin əsas mərhələsinə vəsiqə uğrunda mübarizədə ilk oyunlar bu gün keçiriləcək.

Gecənin maraqla gözlənilən qarşılaşmalarından birində Türkiyə nəhəngi "Fənərbağça" Fransanın "Lion" klubunu öz meydanında qarşılayacaq.

Günün digər həlledici matçlarında isə azarkeşlər "Levski Sofiya" - AEK və "Dinamo Zaqreb" - "Vikinq" duelinin şahidi olacaqlar.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

18 avqust

23:00. "Fənərbağça" - "Lion";

23:00. "Levski Sofiya" - AEK;

23:00. "Dinamo Zaqreb" - "Vikinq".

Qeyd edək ki, Azərbaycanı turnirdə təmsil edən "Sabah" klubunun İsrailin "Hapoel Beer-Şeva" komandasına qarşı pley-off mərhələsində ilk oyunu avqustun 19-da səfərdə keçiriləcək.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az