logo
logo logo
logo

"Real" Bernardonu rəsmən təqdim etdi

21:12 - 19 Avqust 2026

\"Real\" Bernardonu rəsmən təqdim etdi

"Real” yeni transferi Bernardo Silvanı rəsmən təqdim edib.


Manset.az xəbər verir ki, təqdimat mərasimi klubun “Ciudad Real Madrid” bazasının iclas zalında keçirilib.

    Klub prezidenti Florentino Peres portuqaliyalı yarımmüdafiəçini salamlayıb.

    Bernardo Silva Madrid təmsilçisi ilə 2028-ci il iyunun 30-dək nəzərdə tutulan ikiillik müqavilə imzalayıb. Daha sonra futbolçuya stadionun maketi, saat və üzərində 20 nömrə olan forma təqdim edilib.

    Qeyd edək ki, Bernardo Silva bu yay “Mançester Siti”dən ayrıldıqdan sonra “Real”a keçib. 32 yaşlı futbolçu yeni komandasında 20 nömrəli formanı geyinəcək.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az