“Qalatasaray” “Kristal Pelas”ın vingeri İsmaila Sarrın transferi üçün rəsmi təklif göndərib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, seneqallı futbolçu İstanbul klubu ilə danışıqlara hazırdır. Lakin “Kristal Pelas”ın mövqeyi səbəbindən transferin baş tutması çətin görünür. İngiltərə klubu 28 yaşlı futbolçunu komandanın əsas oyunçularından biri hesab edir.
Qeyd edək ki, Sarr ötən mövsüm bütün turnirlərdə 45 oyunda 21 qol vurub və 2 məhsuldar ötürmə edib.