logo
logo logo
logo

"Fənərbağça" azarkeşlərinə ŞAD XƏBƏR - FOTO  

17:30 - 16 Sentyabr 2026

\"Fənərbağça\" azarkeşlərinə ŞAD XƏBƏR - FOTO  

"Fənərbağça"nın futbolçusu Marko Asensionun zədədən sonra yaşıl meydanlara qayıdacağı tarix açıqlanıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Asensionun müalicəsi planlaşdırılan proqram əsasında davam etdirilib. Futbolçu fərdi məşqlərlə yanaşı, bu gün keçirilən tibbi müayinədən də keçib və onun oyun heyətində yer almasına mane olacaq hər hansı problemin olmadığı müəyyənləşib.

Asensio sentyabrın 17-si və 18-də komanda məşqlərinin bir hissəsində iştirak edəcək, eyni zamanda fərdi çalışmalarını davam etdirəcək.

Futbolçunun sentyabrın 19-da komanda ilə tam məşqlərə qoşulacağı və sentyabrın 20-də "Eyüpspor"la keçiriləcək qarşılaşmanın heyətində yer alacağı bildirilib.

Xatırladaq ki, 30 yaşlı ispaniyalı yarımmüdafiəçi avqustun 22-də "Konyaspor"la matçda zədələnib.

Fənərbağça azarkeşlərinə ŞAD XƏBƏR - FOTO


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az