logo
logo logo
logo

Boksçumuz Sübhan Mamedov Avropa çempionu oldu

22:33 - 24 Sentyabr 2026

Boksçumuz Sübhan Mamedov Avropa çempionu oldu

Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub.


Azərbaycan Boks Federasiyasından Manset.az-a verilən məlumata görə, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin üzvü bu titula Bolqarıstanın paytaxtı Sofiyada yiyələnib.

Dünya çempionu və U-23 Avropa çempionatının qalibi finalda Bair Batlayevi (Rusiya) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (30:27, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb və Sofiyada Azərbaycan himnini səsləndirib.

Ondan öncə Səidcəmşid Cəfərov (75 kq) da adını finala yazdırıb. Dünya çempionatının mükafatçısı yarımfinalda Kalum Meykin (İngiltərə) üzərində qələbə qazanıb – 4:1 (28:29, 30:27, 30:27, 29:28, 29:28). Cəfərov sabah həlledici döyüşdə İsmayıl Mutsolqovla (Rusiya) gücünü yoxlayacaq.

Amin Məmmədzadə (55 kq) isə Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarışı bürünc mükafatla bitirib. Sentyabrın 25-də - çempionatın son günündə Cəfərovla yanaşı, Nəbi İsgəndərov (70 kq) da final döyüşünə çıxacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az