logo
logo logo
logo

“Qalatasaray”da daha bir ayrılıq - O da istefa verdi

20:36 - 01 Noyabr 2026

“Qalatasaray”da daha bir ayrılıq - O da istefa verdi

“Qalatasaray”ın İdarə Heyətinin sədr müavini Abdullah Kavukcu vəzifəsindən istefa verib.


Manset.az xəbər verir ki, klub rəsmisi bu barədə açıqlama yayıb.

    Kavukcu oktyabrın 27-də keçirilən İdarə Heyətinin iclasından sonra klubun vitse-prezidenti Metin Öztürklə aralarında mübahisə yaşandığını bildirib. O, hadisənin sosial şəbəkələrdə şişirdilərək və həqiqəti əks etdirməyən formada təqdim olunmasından təəssüfləndiyini vurğulayıb.

    Klubun nüfuzuna və birliyinə zərər dəyməməsi üçün İdarə Heyətinin üzvlüyündən ayrılmaq qərarına gəldiyini açıqlayan Kavukcu “Qalatasaray”a bundan sonra da dəstək olacağını qeyd edib.

    Qeyd edək ki, bu gün keçirilən iclasda Abdullah Kavukcu ilə Metin Öztürk arasında qarşılıqlı sözlü mübahisə baş verib. Hadisədən sonra Öztürk də klubdakı vəzifələrindən istefa verdiyini açıqlayıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az