Azerbaijan flag

Hava şəraitinə görə bu oyun təxirə salındı 

18:23 - 09 Noyabr 2026

Hava şəraitinə görə bu oyun təxirə salındı 

Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan “Şirvan” – “Marafon” qarşılaşması təxirə salınıb.


Manset.az PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadək aramsız yağış yağması və Şirvan Olimpiya İdman Kompleksinin ot örtüyünün oyunun keçirilməsi üçün uyğunsuz vəziyyətə gəlməsidir.

Peşəkar Futbol Liqası matçın sabah keçirilməsi barədə qərar verib. Oyun eyni məkanda baş tutacaq və saat 15:00-da start götürəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az