Azerbaijan flag

"Neftçi" Yunanıstan klubuna qalib gəldi

22:06 - 11 Noyabr 2026

\"Neftçi\" Yunanıstan klubuna qalib gəldi

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçını keçirib.


Manset.az xəbər verir ki, H qrupunda "Mikonos"la (Yunanıstan) qarşılaşan "ağ-qaralar" 84:80 hesablı qələbə qazanıb.

Görüş Milli Gimnastika Arenasında keçirilib.

Qeyd edək ki, buna qədər keçirdiyi 5 oyunun hər birində uduzan "Neftçi" hazırda qrupda sonuncu - 6-cı pillədə qərarlaşıb. Komanda növbəti matçını noyabrın 18-də Latviya təmsilçisi "Riqa"ya qarşı keçirəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az