logo
logo logo
logo

“Sabah Yamalın yoxluğu hiss olunacaq” - Frenki De Yonq

22:22 - 24 Noyabr 2026

“Sabah Yamalın yoxluğu hiss olunacaq” - Frenki De Yonq

“Lamin Yamalın yoxluğu hiss olunacaq. O, çox istedadlı futbolçudur və təkbaşına böyük təhlükə yarada bilir”.


Manset.az xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Frenki de Yonq UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”la Bakıda keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib:

“Elə matçlar olur ki, digər futbolçular onun qədər təhlükə yarada bilmirlər. Sabah onun yoxluğu hiss olunacaq. Amma komandamızda Yamalı əvəz edə biləcək çoxlu futbolçu var. Biz sabah qalib gəlməyə qadirik”.

Qeyd edək ki, “Sabah” – “Barselona” matçı sabah saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az