"Marsel"lə oyunla bağlı düşüncələrim var. Lakin komandaya hələ bildirməmişəm".
Manset.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib. O, bu gün "Keşlə"yə qarşı keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçından (1:0) sonra keçirilən mətbuat konfransında deyib:
"Marsel"lə görüşdə çox dəyişilik etməməyə çalışacağıq. Xırda elementlərdə bəzi dəyişikliklər ola bilər".
Xatırladaq ki, Konfrans Liqasının 1/16 final mərhələsinin "Marsel" - "Qarabağ" ilk oyunu fevralın 17-də, cavab görüşü isə fevralın 24-də keçiriləcək.