Azərbaycan atleti Nazim Babayev Fransada keçirilən beynəlxalq “Meeting De L'Eure” (World Indoor Tour Silver Level) turnirində bürünc medal qazanıb.
Manset.az xəbər verir ki, qapalı manejdə keçirilən üç təkanla tullanma yarışında 24 yaşlı idmançı 16,27 metr nəticə göstərib.
Qeyd edək ki, Nazim Babayev daha əvvəl ötən ay Almaniyanın Karlsrue şəhərində keçirilmiş “World Indoor Tour” (Gold Level) turnirində gümüş medal qazanmışdı.