Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Manset.az xəbər verir ki, siyahıda “Qarabağ”ın qapısına iki qol vurmuş “Marsel”in polşalı hücumçusu Arkadyuş Milik də var.
Digər namizədlər isə Patson Daka (“Lester”, İngiltərə), Yoel Andeşon (“Midtyulan”, Danimarka) və Huqo Vetlesendir (“Budö/Qlimt”, Norveç).
Qeyd edək ki, qalibin adına UEFA-nın rəsmi saytında keçirilən sorğu nəticəsində aydınlıq gələcək.
Xatırladaq ki, müqavilə ilə “Napoli”yə məxsus olan Arkadyuş Milik “Marsel”in 3:1 qalib gəldiyi oyunda ilk 2 qolun müəllifi olub. O, 41 və 44-cü dəqiqələrdə fərqlənib.