Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Manset.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su doğma meydanda “Sevilya”nı qəbul edəcək. Mahirin bu görüşə əsas heyətdə başlayacağı gözlənilir. Komandalar arasında İspaniyada baş tutan görüşdə xorvatlar 1:3 hesabıyla uduzub.
Avropa Liqası, pley-off mərhələsi
Cavab oyunları
24 fevral
21:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Sevilya” (İspaniya)
İlk oyun - 1:3.