"Qalatasaray"ın futbolçusuna İspaniyadan fantastik təklif - "Barselona" ilə oyuna görə

13:50 - 14 Mart 2022

\"Qalatasaray\"ın futbolçusuna İspaniyadan fantastik təklif - \"Barselona\" ilə oyuna görə

"Qalatasaray"ın futbolçusu Markao karyerasını İspaniyada davam etdirə bilər.
 

Manset.az xəbər verir ki, "Betis" 25 yaşlı brazilyalı müdafiəçi üçün hərəkətə keçib. La Liqa təmsilçisi oyunçunu Avropa Liqasının 1/8 final mərhələsində "Barselona" ilə ( 0:0 ) qarşılaşmada bəyənib. Əndəlüs klubu "sambaçı" üçün "cim-bom"a 15 milyon avro təklif edəcək.

Bu barədə İspaniya mediası məlumat yayıb.

Qeyd edək ki, Markao 2019-cu ilin yanvarında Portuqaliyanın "Çaves" klubundan "sarı-qırmızı"lılara keçib.

 

 

offsideplus.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az