Cüdoçumuz qızıl medal qazandı

18:34 - 06 Aprel 2022

Cüdoçumuz qızıl medal qazandı

Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr arasında cüdo üzrə Asiya kuboku yarışında cüdoçumuz Əbil Yusifov uğurla çıxış edərək, qalib adını qazanıb.

Manşet.az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində bütün görüşlərini qələbə ilə başa vuran təmsilçimiz həlledici mərhələdə gürcüstanlı Mate Gvelesianini də məğlub edərək, qızıl medala layiq görülüb.

Azərbaycanın 22 cüdoçu ilə təmsil olunduğu turnirə altı ölkədən 314 idmançı qatılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az