Millimiz Sarayevoda uduzdu

20:14 - 07 Aprel 2022

Millimiz Sarayevoda uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Manşet.az xəbər verir ki, komandamız Sarayevo şəhərindəki “Qrbaviça” stadionunda Bosniya və Herseqovina millisi ilə qarşılaşıb.

İngiltərədən olan hakimlər briqadası idarə etdiyi oyunun taleyini bir qol həll edib. Azərbaycan futzalçıları əlavə vaxtda buraxdıqları qol nəticəsində meydanı xalsız tərk ediblər.

DÇ-2023-ün seçmə mərhələsi

Bosniya və Herseqovina – Azərbaycan 1:0

Qol: Milena Nikoliç, 90+4.
Hakimlər: Körsti Dovl, Melissa Börgin, Sofie Denninqton, Lisa Ben (İngiltərə).
Sarayevo. “Qrbaviça” stadionu.

Xal durumu: Danimarka – 18, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 7, Malta – 4, Azərbaycan – 3.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az