Avropa çempionatı: Azərbaycan boksçusu 1/4 finala yüksəldi

18:19 - 15 Aprel 2022

Avropa çempionatı: Azərbaycan boksçusu 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında Avropa çempionatına qələbə ilə başlayıb.

Federasiyadan Manşet.az-a verilən məlumata görə, 48 kq çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayıb. Bu mərhələdə türkiyəli Telet Yağlı (Türkiyə) ilə üz-üzə gələn Babayev 4:0 (30:26, 29:27, 29:27, 28:28, 29:27) hesablı qələbə qazanıb.

O, aprelin 19-da 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə milli üzvlərindən Daniel Xolostenko (71 kq) Andrey Osiyevsçini (Moldova), Səid Abdullayev (67 kq) isə Samuel Quqliottanı (İtaliya) mübarizədən kənarlaşdırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az