Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Manşet.az xəbər verir ki, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
32-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 28 yaşlı fransalı yarımmüdafiəçi iki dəqiqə sonra penaltini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qoluna imza atıb. 90+4-cü dəqiqədə Nikolas Raysel penaltidən təsəlli qolunu vurub.
Qələbə sayəsində xallarının sayını 39-a çatdıran "Zirə" 3-cü pillədə qərarlaşıb. "Dənizçilər" 14 xalla sonuncu - 8-ci yerdədir.
Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Sabah"ı qəbul edəcək. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.