Final görüşünün yeri məlum OLDU

19:22 - 03 May 2022

Final görüşünün yeri məlum OLDU

Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.

Manşet.az xəbər verir ki, bu barədə PFL-in saytında məlumat yayılıb.

“Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq. Matç mayın 27-də keçiriləcək. Görüş saat 19:00-da start götürəcək.

Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi mayın 5-də təşkil olunacaq. AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir saat 12:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az