Azərbaycan çempionatında mövsümün yeni rekordu

15:00 - 05 May 2022

Azərbaycan çempionatında mövsümün yeni rekordu

Azərbaycan Premyer Liqasında tamaşaçı sayında mövsümün yeni rekordu qeydə alınıb.

 

Manset.az xəbər verir ki, 25-ci turun oyunlarını ümumilikdə 5800 azarkeş izləyib.

“Şamaxı” – “Səbail” qarşılaşmasında 2200, “Qarabağ” – “Sabah” matçında 1800 tamaşaçı olub. “Sumqayıt”la “Neftçi”nin duelini 1300, “Zirə” və “Qəbələ” arasında görüşü 500 nəfər seyr edib.

Bu, mövsümün bir tur üçün ən yüksək göstəricisidir. Bunadək rekord 3-cü turda qeydə alınmışdı – 4750. 15-ci turu 4550, 22-ci turu 4150 tamaşaçı seyr edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az