İspaniyanın "Barselona" klubu İngiltərənin "Çelsi" komandasında çıxış edən Sezar Aspilikueta ilə anlaşıb.
Manşet.az xəbər verir ki, 33 yaşlı müdafiəçi mövsümün sonunda Kataloniya təmsilçisinə keçəcək.
London təmsilçisinin hazırkı kapitanı ilə 2+1 illik müqavilə imzalanacaq. Aspilikueta illik 13 milyon avro maaş alacaq.
Qeyd edək ki, Sezar Aspilikueta 2012-ci ildən "zadəganlar"ın formasını geyinir.