Əliyar Ağayev Millətlər Liqasının matçında

14:20 - 02 İyun 2022

Əliyar Ağayev Millətlər Liqasının matçında

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan Millətlər Liqasının matçına təyinat alıb.

 

Manset.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 2-ci turda San-Marino - Malta oyununu idarə edəcək. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 5-də San-Marinonun Serravalle şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az