Millətlər Liqası: Gürcüstan və Kosovo qələbə qazandı - ETDİ

22:27 - 02 İyun 2022

Millətlər Liqası: Gürcüstan və Kosovo qələbə qazandı - ETDİ

UEFA Millətlər Liqasında I turun daha 4 oyunu keçirilib.

Manşet.az "Report"a istinadən xəbər verir ki, C Liqasında 3, D Liqasında 1 qarşılaşma oynanılıb.

C Liqasının 2-ci qrupunda Kosovo səfərdə Kipri məğlub edib - 2:0.

4-cü qrupda Gürcüstan Cəbəllütariqi 4 cavabsız qolla üstələyib. Bu qrupunda digər matçında Bolqarıstan Şimali Makedoniya ilə bərabərə qalıb - 1:1.

Nəhayət, D Liqasının 2-ci qrupunda Estoniya San-Marinonu məğlubiyyətə uğradıb - 2:0.

UEFA Millətlər Liqası

I tur

C Liqası

2-ci qrup

20:00. Kipr - Kosovo - 0:2

Qol: Valon Berişa, 65. Edon Joqrova, 78

4-cü qrup

20:00. Bolqarıstan - Şimali Makedoniya - 1:1

Qol: Kiril Despodov, 34 - Milan Ristovski, 50

20:00. Gürcüstan - Cəbəllütariq - 4:0

Qollar: Xviça Kvaratsxeliya, 12. Quram Kaşiya, 33. George Mikautadze, 87. Valeri Qazaişvili, 88

D Liqası

2-ci qrup

20:00. Estoniya - San Marino - 2:0

Qollar: Robert Kirss, 23. Conas Tamm, 32


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az