Azərbaycan millisi yenə uduzdu - Yeniləndi

20:14 - 03 İyun 2022

Azərbaycan millisi yenə uduzdu - Yeniləndi

Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında mübarizəyə başlayacaq. 

Manşet.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi milli səfərdə Qazaxıstan yığması ilə qarşılaşacaq. 

Saat 18:00-da start götürəcək qarşılaşma “Astana Arena”da keçiriləcək.
 
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
3 iyun

 
18:00. Qazaxıstan – Azərbaycan
Hakimlər: İstvan Vad, Vencel Tot, İstvan Albert, Ferents Karako (hamısı Macarıstan).
Nur-Sultan, “Astana Arena”.

***

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Abat Aymbetov vurub.

Milli komanda növbəti görüşünü iyunun 6-da Serbiyanın Novi-Sad şəhərində Belarusa qarşı keçirəcək.

Qeyd edək ki, oyunun yarısından etibarən Azərbaycanda yayımı dayandırılıb. Bubun texniki səbəblərlə əlaqədar olduğu bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az