Yığmamız Estoniyanı darmadağın ETDİ

22:10 - 03 İyun 2022

Yığmamız Estoniyanı darmadağın ETDİ

Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Manşet.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın ilə üz-üzə gəlib.

Parnu şəhərindəki “Parnu Rannastadion” stadionunda oynanılan qarşılaşma millimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bu nəticədən sonra Azərbaycan yığması A qrupunda 8 turdan sonra 7 xalla 5-cidir. Estoniya isə 9 qarşılaşmanın hamısında məğlub olub və sonuncu - 6-cıdır.

Avro-2023, seçmə mərhələ

20:00. Estoniya - Azərbaycan - 0:5 

Qollar: Musa Qurbanlı, 3, 33, Rüstəm Abdullazadə, 49-pen. Ceyhun Nuriyev, 50, İsmayıl Zülfüqarlı, 84

Baş hakim: Robert İan Jenkins (Uels)

Parnu. “Parnu Rannastaadion”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az