Millimiz böyük hesabla UDUZDU

23:43 - 07 İyun 2022

Millimiz böyük hesabla UDUZDU

Bu gün futbol üzrə U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

 

Manşet.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu komanda Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub və 0:3 hesabı ilə uduzub.

 

Qeyd edək ki, Azərbaycan yığması hazırda 7 xalla sonuncu- 5-ci pillədə qərarlaşıb. Siyahıya  19 xalla Xorvatiya başçılıq edir. Finlandiya 19 xalla 2-ci, Norveç 18 xalla 3-cü, Avstriya 16 xalla 4-cüdür.

 

Yığmamız növbəti görüşünü iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.


Avro-2023, seçmə mərhələ

 

Finlandiya - Azərbaycan - 3:0 

 

Qollar: Skottya 50, Antmann 55, Sadiku 79

 

Reallaşdırılmayan penalti: Musa Qurbanlı 48 (qapıçı)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az