"Formula 1" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
Manşet.az xəbər verir ki, "Aston Martin"in pilotu Lans Strollun idarə etdiyi bolid sıralama turunda qoruyucu səddə çırpılıb.
Avtomobilin ön hissəsi qopub və təkərə ziyan dəyib. Nəticədə qırmızı bayraq qaldırılıb, Stroll isə mübarizəni dayandırıb. Yarış saat 18:40-da bərpa olunacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.