Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirdi.
Manşet.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda Belarus millisi ilə üz-üzə gəldi.
Bu komanda ilə Serbiyada baş tutan ilk oyunda qalib müəyyənləşməmişdi - 0:0. Yığmamız Qazaxıstanla səfər (0:2), Slovakiya ilə ev (0:1) oyunlarından da məğlub ayrılıb. Bu oyunda isə yığma komanda həm qrup sonuncusu olmaqdan qurtulmaq, həm qələbə qazanmaq, həm də nəhayət, Millətlər Liqasında qol "oruc"unu pozmaq üçün çalışırdı.