Millimiz Norveçə məğlub oldu - Yenilənib

22:08 - 14 İyun 2022

Millimiz Norveçə məğlub oldu - Yenilənib

Azərbaycan U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.

Manşet.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda X turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.

Drammen şəhərindəki “Marienlyst” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Luka Bilbiyanın başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək.

AÇ-2023, seçmə mərhələ

20:00. Norveç – Azərbaycan

Baş hakim: Luka Bilbiya (Bosniya və Herseqovina)

Drammen. “Marienlyst” stadionu

***

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib. Milan Obradoviçin baş məşqçi olduğu komanda 10-cu turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Norveç seçməsi 9 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşmışdı. Azərbaycan millisi isə 7 xalla 5-ci sıradaydı. Komandamız üçün bu oyun sadəcə xal ehtiyatını artırmaq baxımından əhəmiyyət daşıyırdısa, Norveç qalib gəlməklə qrupun da qalibi ola bilərdi. Belə də olub. Üç qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb - 2:1.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az