“Neftçi” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi

20:06 - 15 İyun 2022

“Neftçi” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi

UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Manşet.az  xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.

“Neftçi” Kiprin “Aris”, “Qəbələ” Macarıstanın “Fehervar”, “Zirə” isə İsrailin “Makkabi” klubuna rəqib olub.

“Qarabağ” ÇL-də “Lex” səddini keçə bilməsə, Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Slovan” (Slovakiya) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az