Namiq Ələsgərov yenidən Azərbaycan Premyer liqasına qayıtdı

11:06 - 17 İyun 2022

Namiq Ələsgərov yenidən Azərbaycan Premyer liqasına qayıtdı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Manset.az  xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.

Namik karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub.

Ələskərov “Sabah”da 17 nömrəli formada çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az