“Mançester Yunayted”dən məşqlərə gəlməyən Ronaldu barədə açıqlama

22:43 - 08 İyul 2022

“Mançester Yunayted”dən məşqlərə gəlməyən Ronaldu barədə açıqlama

Kriştianu Ronaldu “Mançester Yunayted”lə mövsümöncəsi turnirlərə qatılmayacaq.

Manşet.az xəbər verir ki, bu barədə klubdan rəsmi açıqlama verilib.

Bildirilib ki, portuqaliyalı komanda ilə Tailand və Avstraliyaya getməyəcək.

“Qırmızı şeytanlar”ın rəhbərliyi 37 yaşlı futbolçuya ailə problemlərini həll etmək üçün əlavə vaxt verib. Məhz bu səbəbdən də ulduz oyunçu “Mançester Yunayted”in məşqlərini buraxıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az