Mesut Özil "Fənərbaxça"dan getdi - bu klubla anlaşdı

14:30 - 14 İyul 2022

Mesut Özil \"Fənərbaxça\"dan getdi - bu klubla anlaşdı

Məşhur futbolçu Mesut Özil "Fənərbaxça" ilə yollarını ayırıb.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir müddətdir klubdan ayrılacağı deyilən yarımmüdafiəçi "sarı-lacivərdlilər"lə müqaviləsini rəsmi şəkildə ləğv edib.

Artıq onun yeni komandası da məlumdur. Belə ki, Özil bu gün İstanbul təmsilçisi "Başakşehir"lə müqavilə imzalayıb. 34 yaşlı yarımmüdafiəçinin sözləşməsi 1+1 illik nəzərdə tutulub.

Qeyd edək ki, Mesut 2021-ci ilin yanvarında İngiltərə "Arsenal"ından "Fənərbaxça"ya transfer olunmuşdu. O daha öncə İspaniyanın "Real Madrid" klubunda çıxış edib.

M.Özil əslən türk olsa da Almaniya millisinin heyətində çıxış edib, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az