"Qalatasaray" məşhur hücumçunu gətirir

23:07 - 17 İyul 2022

\"Qalatasaray\" məşhur hücumçunu gətirir

Türkiyənin "Qalatasaray" klubu heyətini məşhur hücumçu iləgücləndirməyə hazırlaşır.

 

Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliya "Benfika"sının hücumçusu Haris Seferoviçi sıralarına qatmağa yaxındır.

İsveçrə millisinin üzvünün 2022-2023 mövsümünü icarə əsasında "sarı-qırmızılılar"da keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Seferoviç “Benfika”ya 2017-ci ildə Frankfurt “Ayntraxt”ından keçib. Sözügedən forvard ötən mövsüm "qartallar"ın heyətində 10 çempionat matçına çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az