"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibi bəlli oldu - Püşk atıldı

14:35 - 18 İyul 2022

\"Qarabağ\"ın Çempionlar Liqasındakı potensial rəqibi bəlli oldu - Püşk atıldı

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı növbəti potensial rəqibləri müəyyənləşib.

 

Manset.az xəbər verir ki,  Ağdam təmsilçisi  II təsnifat mərhələsində İsveçrə "Sürix"ini üstələyəcəyi təqdirdə, "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" / "Sürix" duelinin qalibi ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.

Əlavə edək ki, komandamız İsveçrə təmsiçisi ilə sabah Bakıda qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az