ÇL: "Sürix"in qoluna "Qarabağ" bir neçə saniyədə cavab verdi - YENİLƏNİB

21:44 - 19 İyul 2022

ÇL: \"Sürix\"in qoluna \"Qarabağ\" bir neçə saniyədə cavab verdi - YENİLƏNİB

"Qarabağ" və "Sürix" oyununda ardıcıl qol vurulub.

Manşet.az xəbər verir ki, oyunun 65-ci dəqiqəsində "Sürix"in oyunçusu Landrit Kamberi hesab arasında fərqi azaltsa da "köhlən atlar" rəqibin qol sevincini gözündə qoyub. Belə ki, cəmi 20 saniyə ərzində İbrahima Vadji hesab arasında fərqi yenidən artırıb.

***

 

"Qarabağ" və "Sürix" oyununda daha bir qol vurulub.

Manşet.az xəbər verir ki, 36-cı dəqiqədə "köhlən atlar"ın oyunçusu İbrahima Vadji hesab arasında fərqi artırıb. 

***

 

 

"Qarabağ" və "Sürix" oyununda hesab açılıb.

Manşet.az xəbər verir ki, qarşılaşmada hesabı 17-ci dəqiqədə "köhlən atlar"ın oyunçusu Kadi Borges açıb.

***

 

Bakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununa start verilib.

Manşet.az xəbər verir ki, "Qarabağ" və "Sürix" komandası arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az