“Qarabağ” "Sürix"i məğlub ETDİ

22:11 - 19 İyul 2022

“Qarabağ” \"Sürix\"i məğlub ETDİ

“Qarabağ” Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxıb.

Manşet.az xəbər verir ki, Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində mübarizəyə qoşulub.
I raundda “Lex”i (Polşa) iki oyunun cəmində 5:2 (0:1, 5:1) hesabı ilə üstələyən ağdamlılar bu dəfə “Sürix”i sınağa çəkib. İsveçrə çempionu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk qarşılaşma da təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

İbrahima Vadjinin dubl etdiyi oyunda 3:2 hesablı qalibiyyət qazanan Qurban Qurbanovun yetirmələri bir həftə sonra Sürixdəki cavab matçı öncəsi kiçik üstünlük əldə edib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az