Bu gün üç klubumuz Konfrans Liqasında ilk matçına çıxır

09:03 - 21 İyul 2022

Bu gün üç klubumuz Konfrans Liqasında ilk matçına çıxır

Bu gün Azərbaycanın üç klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayır.

 

Manset.az xəbər verir ki, bir təmsilçimiz ilk oyununu evdə, iki klubumuz isə səfərdə keçirəcək.

Saat 20:00-da “Zirə” “Dalğa Arena”da İsrailin “Makkabi” klubunu qəbul edəcək.

Bundan bir saat sonra isə Macarıstanda “Fehervar” – “Qəbələ” matçı start götürəcək.

Saat 21:30-da isə “Neftçi”nin matçı başlayacaq. Bakılılar Kiprdə “Aris”in qonağı olacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
21:00. “Fehervar” (Macarıstan) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Kaspar Syöberq (İsveç)
Sekeşfexervar, “MOL Arena Sosto”

20:00. “Zirə” (Azərbaycan) – “Makkabi” (Təl-Əviv, İsrail)
Baş hakim: Rob Hennessi (İrlandiya)
Bakı, “Dalğa Arena”

21:30. “Aris” (Kipr) – “Neftçi” (Azərbaycan)
Baş hakim: İvan Bebek (Xorvatiya)
Larnaka, “AEK Arena”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az