“Qəbələ” səfərdə “Fehervar”a böyük hesabla MƏĞLUB OLDU

23:54 - 21 İyul 2022

“Qəbələ” səfərdə “Fehervar”a böyük hesabla MƏĞLUB OLDU

“Qəbələ” Macarıstan səfərindən evə əliboş qayıdır.

Manşet.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində “Fehervar” “Qəbələ”nin qapısından daha üç top keçirib.

67-ci dəqiqədə A.Rus hesabı 2-1 edib. K.Kodro 74-cü dəqiqədə özünün ikinci, komandasının isə üçüncü topunu vurub. Qarşılaşmanın 86-cı dəqiqəsində M.Musayev “Qəbələ”ni azlıqda qoyub.

Yekun hesabı isə 90-cı dəqiqədə B.Zivzivadze təyin edib. 4:1 hesabı ilə meydan sahibləri təmsilçimizi darmadağın edib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az