Tanınmış idman məşqçisi, Budo döyüş növləri və Kung fu üzrə dünya çempionu Anar Süleymanov Gənclər və İdman Nazirliyinin rəhbər şəxslərinə müraciət edib.
Manset.az xəbər verir ki, Süleymanov videomüraciətində bildirib ki, onun təhsilində və karyerasında yaranmış problemlərlə əlaqədar nazirliyin vəzifəli şəxsləri ilə görüşmək niyyətindədir:
"Ümid edirəm ki, yaxın günlərdə sizinlə əlaqə yaradaraq effektiv nəticə əldə edəcəyik".
Qeyd edək ki, A.Süleymanov təxminən iyirmi ilə yaxındır ki, döyüş sənətləri üzrə məşqçi kimi fəaliyyət göstərir.