Klubda qalacağına söz verən futbolçu İtaliyaya “qaçdı” - “Fənərbaxça”ya ŞOK

16:14 - 22 İyul 2022

Klubda qalacağına söz verən futbolçu İtaliyaya “qaçdı” - “Fənərbaxça”ya ŞOK

“Fənərbaxça” klubunun oyunçusu Kim Min Je gözlənilmədən “Napoli” ilə razılığa gəlib.

 

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, məşq toplanışı zamanı klubdan ayrılmayacağına söz verən futbolçu, İtaliya təmsilçisi ilə razılığa gəlib. Məlumata görə, “Napoli” Cənubi Koreyalı futbolçunun sərbəst qalma məbləği olan 20 milyon avroyu ödəyib. “Fənərbaxça”nın ötən il transfer etdiyi müdafiəçinin getməsi klubun planlarını pozub.

Qeyd edək ki, müdafiəçini digər klublar da istəyirdi. Lakin “Napoli” futbolçuya imza üçün 1,5 milyon avro verərək, onu razı salıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az