Şahmatçımız Bill turnirinin qalibi OLDU

21:34 - 22 İyul 2022

Şahmatçımız Bill turnirinin qalibi OLDU

İsveçrənin Bill şəhərində təşkil olunan beynəlxalq şahmat festivalına yekun vurulub.

Manşet.az xəbər verir ki, son turda yarışın iki lideri həmyerlimiz Məhəmməd Muradlı və FİDE təmsilçisi Kiril Alekseyenko qarşılaşıb.

Partiya heç-heçə ilə başa çatıb. Əlavə göstəricilərə əsasən Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Bill turnirinin qalibi adını qazanıb. Kiril Alekseyenko ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, ümumilikdə festivalda 114 şahmatçı iştirak edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az