Voleybol üzrə Azərbaycan Super Liqasında komanda sayı artırıla bilər

22:07 - 22 İyul 2022

Voleybol üzrə Azərbaycan Super Liqasında komanda sayı artırıla bilər

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında komanda sayı artırıla bilər.

Manşet.az xəbər verir ki, bu barədə “Report”a federasiyanın birinci vitse-prezidenti Faiq Qarayev açıqlama verib.

Onun sözlərinə görə, 2022/2023 mövsümündən çempionatda ən azı 5 komanda iştirak etməlidir:

“Bu istiqamətdə Gənclər və İdman Nazirliri, federasiya rəhbərliyi və sponsorlarla danışıqlarımız davam edir. Bir az çətinliklərimiz var. Görək, necə olacaq”.

Qeyd edək ki, ötən mövsüm Superliqada 4 komanda – “Abşeron”, “Azərreyl”, “Murov” və UNEC mübarizə aparıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az