Aleksandr Zinçenko “Arsenal”ın oyunçusu oldu.
Manşet.az xəbər verir ki, “Topçular” ukraynalı ilə uzunmüddətli müqavilə imzaladıqlarını açıqlayıblar.
Bir müddət əvvəl Zinçenkonun keçmiş klubu “Mançester Siti”nin bu transfer üçün 30+2 milyon funt sterlinq alacağı bildirilib.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2017/18 mövsümündən “şəhərlilər”in heyətində çıxış edib.