Azərbaycanın basketbol millisi Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

18:19 - 25 İyul 2022

Azərbaycanın basketbol millisi Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

Basketbol üzrə Azərbaycanın U-18 milli komandası Avropa çempionatına qələbə ilə başlayıb.

Basketbol Federasiyasının mətbuat xidmətindən  Manşet.az-a verilən məlumata görə, San-Marinoda gənclər arasında təşkil olunmuş Avropa çempionatının “C” divizionunda B qrupunda U-18 komandası ilk görüşünə çıxıb.

Lüksemburq seçməsi ilə qarşılaşan Azərbaycan yığması gərgin mübarizə şəraitində keçən görüşdən 75:71 hesablı qələbə ilə ayrılıb.

Milli komandanın qrupdakı növbəti rəqibi Cəbəllüttariq komandası olacaq. Oyun sabah Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az