“Sürix” - “Qarabağ” matçında hesab açıldı - Yenilənir

21:09 - 27 İyul 2022

“Sürix” - “Qarabağ” matçında hesab açıldı - Yenilənir

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Manşet.az xəbər verir ki, həlledici görüşdə Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”in qonağı olacaq.

Xəbəri rus dilində oxuyun: “Карабах” сегодня сыграет с “Цюрихом”

İlk matçda Bakıda rəqibini 3:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası səfərdə mərhələ adlamağa çalışacaq.

Qeyd edək ki, “Sürix” – “Qarabağ” cütünün qalibi Çempionlar Liqasında “Ferensvaroş” – “Slovan” duelinin güclüsü ilə qarşılaşacaq. İsveçrədəki qarşılaşmada mərhələ keçə bilməyəcək tərəf isə Avropa Liqasında “Linfild” (Şimali İrlandiya) – “Bodo Qlimt” (Norveç) cütünün məğlubi ilə üz-üzə gələcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul
21:00. “Sürix” – “Qarabağ” - 1:0

Qol: M.Medvedev, 4 (ö.q)
Baş hakim: Allard Lindhout (Niderland)
Sürix. Letzigrund stadionu
İlk oyun – 2:3

Komandaların start heyətləri açıqlanıb:

“Sürix”: 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu

Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 4. Beçir Omeragiç, 7. Bledian Krasniqi, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 16. Mark Hornşu, 28. Karol Mets, 33. Ştefan Zayler,  39. Akakiy Qogia 

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev,  81. Kevin Medina, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 7. Riçard Almeyda, 20. Kadi Borges,  10. Abdullah Zubir, 77. Ramil Şeydayev, 25. İbrahima Vadji, 

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 6. Romao Rodriqes, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

***

Matç başladı.

***

Oyunun 4-cü dəqiqəsində meydan sahibləri hesabı açır. Maksim Medvedev topu öz qapısına göndərir - 1:0.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az