“Qarabağ”ın oyununa 28 min bilet SATILDI

15:39 - 01 Avqust 2022

“Qarabağ”ın oyununa 28 min bilet SATILDI

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” və Macarıstan “Ferentsvaroş”u arasında keçiriləcək ilk oyun üçün 28 min bilet satılıb. 

 

Manset.az xəbər verir ki, klubdan “Qafqazinfo”ya verilən məlumata görə, hazırda satışda yalnız 50 və 75 manatlıq biletlər qalıb. 

5, 10 və 20 manatlıq biletlər isə hamısı satılıb. 

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az